Simonyan: Ermənistan Aİ üzvlüyünə namizəd olmağa hazırdır

Simonyan: Ermənistan Aİ üzvlüyünə namizəd olmağa hazırdır
# 29 fevral 2024 16:23 (UTC +04:00)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsinin mümkünlüyünü heç kim istisna etmir və cəmiyyətimizdə də bu barədə müzakirələr aparılır.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Simonyanın sözlərinə görə, erməni cəmiyyəti hər zaman bu tələbi irəli sürür və hətta jurnalistlər də daim bu barədə sual verirlər.

Erməni spiker ölkənin KTMT-dən çıxmasının Rusiya ilə əlavə problemlər yarada biləcəyi ilə bağlı suala cavab verərək deyib:

“Düzünü desəm, bilmirəm Rusiya hansı problemlər yarada bilər? Bizə hücum edəcək, sanksiyalar tətbiq edəcək və ya daha nə? Bizim müdafiəyə ehtiyacımız var idi, lakin son dövrlərdə baş verənlərdən sonra müttəfiqimizin bizə yardım etmədiyi məlum oldu”.

O qeyd edib ki, Ermənistan Aİ üzvlüyünə namizəd olmağa hazırdır. Spiker bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Biz buna hazırıq və bizə ən böyük təhlükəsizliyi təmin edəcək istiqamətdə hərəkət edəcəyik", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR