Simonyan: Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur

Simonyan: Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur
# 29 fevral 2024 16:33 (UTC +04:00)

Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinq zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu barədə danışılmayıb və əlavə edib ki, mövcud təhlükəsizlik sistemi işə yaramır:

“Biz dövlətimizi qorumaq üçün hazırda bütün mümkün yerlərdən silah almağa çalışırıq və əgər bu, hər hansı təhlükəsizlik sisteminin işinə mane olursa, onların problemidir. Görünən isə odur ki, onlar (Rusiya – red.) öz öhdəliklərini yerinə yetirmirlər”.

Erməni spiker həmçinin əlavə edib ki, Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR