Tonoyan: Mənim cinayət təqibimin arxasında Paşinyan dayanır

Tonoyan: Mənim cinayət təqibimin arxasında Paşinyan dayanır
# 29 fevral 2024 10:48 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri onun cinayət təqibinin arxasında məhz Paşinyanın dayandığını bildirib.

APA “Sputnuk Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin həbsdə olan sabiq rəhbəri David Tonoyan ilk dəfə olaraq bildirib ki, onun cinayət təqibinin arxasında məhz ölkənin Baş naziri Nikol Paşinyan dayanır.

Qeyd olunub ki, Tonoyan 2 ildən artıq həbsxanada olduğu müddət ərzində Paşinyana qarşı hər hansı ittiham səsləndirməyib və ölkə parlamentində 44 günlük müharibənin araşdırılması üzrə müvəqqəti komissiyada ifadə verən zaman Ermənistan hökumətinin başçısının ünvanına heç bir irad səsləndirməyib.

Paşinyanın bu ayın 14-də penitensiar xidmət rəhbərliyi ilə görüşü zamanı onların fəaliyyətinə dair mənfi fikirlər səsləndirməsindən sonra Tonoyan əmin olduğunu bildirib ki, onun da həbsində Baş nazirin əli olduğunu deyib. İclas zamanı Paşinyan Tonoyanın ötən yay anası ilə iki saat görüşməsinə icazə verildiyi üçün tabeliyində olanları danlayıb.

Tonoyan açıqlamasında bildirib ki, Paşinyanın sözügedən iclasda verdiyi bəyanatlar nazirin həbsində siyasi motivlərin olduğunu nümayiş etdirir.

Xatırladaq ki, sabiq nazir parlament komissiyasının iclasında iştirak etmək üçün istintaq təcridxanasından aparılarkən anası ilə qısamüddətli görüşə icazə verilib, bu hadisədən sonra penitensiar müəssisədə ixtisarlar aparılıb.

Ermənistan Müdafiə Nazirliyinin sabiq rəhbəri David Tonoyan 2021-ci ilin sentyabrından həbsdədir. O, ölkənin Silahlı Qüvvələrinin arsenalı üçün istifadəyə yararsız raketləri almaqda və silah almağa ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR