Vladimir Putin Məhəmməd Moxber ilə telefon danışığı aparıb

Vladimir Putin Məhəmməd Moxber ilə telefon danışığı aparıb
# 13 iyun 2024 22:37 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber ilə telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən Rusiyanın BRİCS-ə sədrliyi ilə bağlı məsələlər qaldırılıb.

Vladimir Putin İran müsəlmanlarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR