Zaxarova: Qərbdən maliyyələşən QHT-lər postsovet ölkələrində sabitliyi pozur

Zaxarova: Qərbdən maliyyələşən QHT-lər postsovet ölkələrində sabitliyi pozur
# 29 fevral 2024 03:48 (UTC +04:00)

Qərbdən maliyyələşən qeyri-hökumət təşkilatları (QHT) postsovet ölkələrində sabitliyi pozur və Rusiya ətrafında “qeyri-sabitlik kəməri” yaradır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Russofillər Hərəkatının ikinci qurultayında çıxışı zamanı deyib.Video Telegram kanalında yayımlanıb.

“Qərb hər il Rusiyada və digər postsovet ölkələrində QHT və medianın fəaliyyətini maliyyələşdirmək üçün milyardlarla dollar və avro göndərir. 2020-ci ildə MDB məkanında 2 mindən çox QHT və KİV bu vəsaitlərdən istifadə etməklə fəaliyyət göstərib. Onların ora hansı gündəliyi irəli sürdüklərini başa düşürsünüzmü? Rusiya ətrafında qeyri-sabitlik kəməri ”, - deyə Zaxarova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR