Zaxarova Qriqoryanın rus sərhədçiləri barədə sözlərini təkzib edib

Zaxarova Qriqoryanın rus sərhədçiləri barədə sözlərini təkzib edib
# 28 fevral 2024 16:53 (UTC +04:00)

“Bu, ilk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir, görünür, Qərbdə kiməsə xoş gəlməyə çalışır”.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya sərhədçiləri tərəfindən Aİ müşahidə missiyasının Nerkin And kəndinə buraxılmaması ilə bağlı sözlərinə cavabında deyib.

"Nerkin And istiqamətində Rusiya hərbçiləri yoxdur. Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə orada FTX-nın sərhəd xidməti postu yerləşdirilib. 30 ildən artıqdır ki, respublikanın sərhədlərini qoruyan sərhədçilərimizi ləkələmək cəhdlərini əks nəticəli hesab edirik. Bunun əksinə olaraq, Aİ-nin “yalançı müşahidəçi”ləri ora çağırıldıqları işi görmürlər. Onlar orada Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar", - XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR