Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilib

Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilib
# 19 sentyabr 2024 18:09 (UTC +04:00)

Almaniyada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində dahi şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən təşkil olunan tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və almaniyalı şərqşünas alim Mixael Raynhard Hess çıxış edərək Füzulinin yaradıcılığının Azərbaycan xalqının dünya mədəni xəzinəsinə dəyərli töhfəsi, "Leyli və Məcnun" əsərinin ölkə ədəbiyyatının incisi olmaqla yanaşı, bütün müsəlman dünyasının ədəbi mühitində mühüm yer tutması, Məhəmməd Füzulinin qələmə aldığı əsərlərin təkcə Azərbaycan ədəbi-bədii fikrinin inkişafına deyil, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərdiyini vurğulayıblar.

Rəsmi çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı Azərbaycan muğamı və xalq mahnılarını klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim edib, həmçinin görkəmli şairin şeirləri Naibə Tural və Aydın Həbibov tərəfindən səsləndirilib.

Tədbir çərçivəsində Füzulinin 530 illik yubileyi münasibətilə Almaniyada poçt markasının buraxıldığı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR