Gəncədə "Nizami günləri"nin açılışı olub - FOTO

Gəncədə "Nizami günləri"nin açılışı olub - FOTO
# 11 sentyabr 2024 19:30 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsinin açılışı olub.

APA-nın yerli bürosunun məlumatına görə, Nizami Məqbərəsində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, mədəniyyət xadimləri və şəhər ictimayətinin nümayəndələri iştirak edib.

Libretto müəllifi Şahin Musaoğlu, bəstəkar Tamilla Əhədovaya məxsus "5 Qapı" tamaşası Əməkdar incəsənət xadimi Hafis Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ilk dəfə təqdim olunub.

Qeyd edək ki, layihə sentyabrın 15-dək müxtəlif proqramlarla davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR