"İçərişəhər" Qoruq İdarəsi: Elman Mustafayevin kitab evi təmirdən sonra fəaliyyət göstərəcək

"İçərişəhər" Qoruq İdarəsi: Elman Mustafayevin kitab evi təmirdən sonra fəaliyyət göstərəcək
# 02 oktyabr 2019 21:21 (UTC +04:00)

"Elman Mustafayevin (Elman dayı) kitab mağazası kimi tanınan İçərişəhər Kitab Evi təmir edilir. Təmirdən sonra kitab evi yenidən fəaliyyət göstərəcək".


Bunu APA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.


Onun sözlərinə görə, İçərişəhər Kitab Evi hər hansı brend altında deyil, müstəqil fəaliyyət göstərəcək: "Özəl biznes subyekti olduğuna görə, biz mərhum Elman Mustafayevin ailəsinin qərarına müdaxilə edə bilmərik. Sadəcə olaraq, kitab evinin təmiri və konsepsiyası ilə maraqlanır, bunu tənzimləyirik. Çünki İçərişəhərdə istənilən kommersiya fəaliyyəti bizim İdarə tərəfindən tənzimlənir".


Ə.Ələkbərov qeyd edib ki, E.Mustafayevin kitab mağazası İçərişəhərin simvollarından biridir.


Qeyd edək ki, İçərişəhər Kitab Evi ictimaiyyət arasında Elman dayının kitab mağazası kimi tanınıb. 2019-cu ilin fevralın 11-də E.Mustafayevin vəfatından sonra kitab evi fəaliyyətini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR