Türkiyəli mütəxəssis: Yaradıcı sənaye təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq

Türkiyəli mütəxəssis: Yaradıcı sənaye təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq
# 28 noyabr 2023 17:04 (UTC +04:00)

"Azərbaycanda böyük tarixi keçmişlə yanaşı, həm də perspektivli gənc nəsil var, bu çox böyük potensial vəd edir".

Bunu Azərbaycanda ilk dəfə keçirilən "Mədəniyyət və yaradıcı sənayelər forumu" çərçivəsində ölkəmizdə qonaq olan Türkiyə Yaradıcı Sənayelər Şurası Dərnəyinin rəhbəri Eray Sertaç Ersayın APA-ya açıqlaması zamanı deyib.

"Biz Türkiyə olaraq, yaradıcı sənaye təcrübəmizi Azərbaycanla bölüşməyə, onlarla işbirliyi qurmağa hazırıq. Doğrudur, bu istiqamətdə bir-birinə bağlı bir sıra sahələr var ki, paralel şəkildə inkişaf etdirilməlidir. Bu mənada, özəl və dövlət orqanlarının da dəstəyi vacibdir", - o deyib.

Qonaq onu da qeyd edib ki, yaradıcı sənaye bütün mədəni sahə və istiqamətləri birləşdirərək böyük bir iş modeli formalaşdırır: "Bu iş modeli formalaşdığı təqdirdə bərabər öyrənib bərabər uğurlar qazana bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR