Afaq Məsud "Aydın yol" qəzetinin bağlanmasına aydınlıq gətirib

afaq mesud aydin yol qezetinin baglanmasina aydinliq getirib

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan “Aydın yol” qəzeti bağlanıb.

 

Bu barədə APA-nın sualına cavabında Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsud məlumat verib.

 

Mərkəz direktoru bildirib ki, qəzetin bağlanması bəzi mətbuat orqanlarının yazdığı kimi maliyyə məsələsi ilə bağlı deyil: “Bəli, qəzet bağlanıb. Amma bu, yazıldığı kimi maliyyəyə bağlı deyil. Sadəcə, indi internet saytları daha aktualdır, ona görə də qəzetin satışı aşağı səviyyədə idi. Satış qəzetin çapı üçün sərf olunan intellektual əməklə uzlaşmırdı. Ona görə qərara aldıq ki, qəzetin çapını dayandıraq. Qəzetin əsas yaradıcı heyəti mərkəzdə işini bu gün də davam etdirir. Bir neçə nəfər texniki işçi isə ixtisara düşüb”.

 

A. Məsud qeyd edib ki, hazırkı şəraitdə Tərcümə Mərkəzinin maliyyə ilə bağlı heç bir problemi yoxdur: “Əksinə, bizim mərkəzə yeni imtiyazlar verilib ki, bu da fəaliyyətimizə müsbət təsir edəcək. Tərcümə Mərkəzinin strukturu genişləndirilir, yeni və daha işlək fəaliyyət sahələri yaradılır”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 16 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bir qrup herbci sehid mayorun ailesine bas cekib
    Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib
  • su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub
    Su borusunun partlaması Binəqədi-Novxanı avtomobil yolunda ç...
su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub su borusunun partlamasi bineqedi novxani avtomobil yolunda cokmeye sebeb olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9972
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ