Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

azerbaycan frankfurt beynelxalq kitab sergisinde temsil olunacaq

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 19-23-də  keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə nazirliyin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Frankfurt-Mayn şəhərinə səfər edəcək: “Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən iştirakçılar gəlir. 56 kv.m. sahədə Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək”.

 

Şöbədən əlavə ediblər ki, oktyabrın 22-də Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı ilin “Multukulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi də nəzərdə tutulur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ