Azərbaycan Yazıçılar Birliyi və Yunus Əmrə İnstitutu arasında Memorandum imzalanıb

azerbaycan yazicilar birliyi ve yunus emre institutu arasinda memorandum imzalanib

Azərbaycan Yazıçılar Birliyində (AYB) Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Yunus Əmrə İnstitunun müdiri İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara Yunus Əmrə İnstitunun həyata keçirəcəyi yeni layihələrlə bağlı geniş məlumat verib.

 

AYB sədri iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin, geniş əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Birliyinin mətbuat xidmətinin və aybKitab layihəsinin rəhbəri Xəyal Rza Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq və nəzərdə tutulan birgə layihələrlə bağlı məlumat verərək qeyd edib ki, bir çox layihələrlə yanaşı aybKitab layihəsinin inkişafı üçün də geniş əməkdaşlıq nəzərdə tutulub.  

 

Çağdaş Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin imza günlərinin təşkil edilməsi istiqamətində görüləcək işlər Memorandumda öz əksini tapıb.

 

Memoranduma əsasən Azərbaycan Yazıçılar Birliyinin orqanları - ayb.az, aybkitab.az saytları da Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ilk maneeli ekstremal yarisinin 15 qalibi mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının 15 qalibi müəyyənləşi...
  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
bakida milli suranin mitinqi kecirilib yenilenib bakida milli suranin mitinqi kecirilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ