Bakıda Şairlər Günü qeyd olunacaq

bakida sairler gunu qeyd olunacaq

Bakı. Cavid Zeynallı - APA. İyunun 5-də Bakıda VI Şairlər Günü qeyd olunacaq. 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, AYB-nin, Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

 

 Şairlər günü Vaqif Səmədoğlunun yaradıcılığına həsr ediləcək, şairin çap olunmayan şeirləri təqdim olunacaq, sözlərinə yazılan mahnılar səslənəcək.

 

Mətbuat katibi əlavə edib ki, iyunun 5-i həm də Mikayıl Müşfiqin doğum günüdür. Mərasimdə Müşfiqin adını daşıyan mükafat təqdim olunacaq, şairin rəmzi məzarına – Xəzər dənizinə gül səpiləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ