Beş mindən çox fonda malik olan mobil kitabxana istifadəyə verilib

bes minden cox fonda malik olan mobil kitabxana istifadeye verilib

Mədəniyyət və Turizm Nazirliyi 5000-dən çox fonda malik olan mobil kitabxana proqramını oxucuların istifadəsinə təqdim edib.

 

APA-nın məlumatına görə, kitabxana müxtəlif yaş qrupuna və kateqoriyaya malik oxucuları etibarlı, innovativ və operativ kitabxana-informasiya xidmətləri ilə təmin etmək məqsədilə prezident sərəncamıyla yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın bazası əsasında hazırlanıb.

 

Oxucular  “Mobil Kitabxana” - vBooks proqramını "Play Market"dən ödənişsiz olaraq “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona və digər elektron cihazlara yükləyə bilərlər. “Mobil kitabxana” proqramının elektron məlumat bankına siyasi, hüquqi, iqtisadi, tarix, bədii və uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm və müasir elm sahələrinə dair beş mindən çox milli və xarici ədəbiyyat daxil edilib.

 

Proqramda baza üzrə sərlövhə və müəllifə görə axtarış aparmaq mümkündür. Axtarış sistemi tərəfindən istifadəçiyə kitabın üz qabığı və ona dair qısa informativ məlumat (müəllifi, kitabın adı, İSBN nömrəsi, kateqoriyası, faylın həcmi) ekranda təqdim olunur. Proqramda hər bir oxucu fərdi rəfini yarada və ona lazım olan kitabları bazadan seçərək şəxsi rəfində yerləşdirə bilər. Kitabın mətnində sözə görə axtarış aparmaq, istənilən hissənin surətini çıxarmaq və ya digər əlaqə vasitələri ilə seçilmiş hissəni başqa şəxslərə göndərmək mümkündür. Proqram həmçinin, offlayn rejimində, cihazın internetə çıxışı olmadığı zamanda da işlək vəziyyətdə olur. Yəni oxucu bazadan seçərək “Mənim kitablarım” bölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər.

 

Proqramı bu link vasitəsilə android sistemi əsasında işləyən cihazlara yükləmək mümkündür: https://play.google.com/store/apps/details?id=az.itstandard.vbooks

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
  • bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib
    Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşi...
bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib bakida ilk maneeli ekstremal yarisinin qalibleri mueyyenlesib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ