Maqsud İbrahimbəyovun məzarı üstündə abidəsi ucaldılıb

Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarı üstündə abidəsi ucaldılıb. APA-nın məlumatına görə, I Fəxri xiyabanda ucaldılan abidənin heykəltəraşı Hüseyn Haqverdiyevdir.

 

Maqsud İbrahimbəyovun yaxınları bildirib ki, yazıçının vəfatının ildönümü mərasimi münasibəti ilə bu gün xalq yazıçısının məzarı üstündə anım tədbiri təşkil olunacaq.

 

 

 

Qeyd edək ki, yazıçı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.

 

 

1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub. Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.

 

 

"Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.

 

 

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ