“Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan, Heydər Əliyevin doğum gününə həsr olunan “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

 

Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev müsabiqənin təşkil olunmasının əhəmiyyətindən danışıb, qeyd edib ki, müsabiqənin keçirilməsində müxtəlif qurumlar dəstək verib. K. Abdullanın sözlərinə görə, Yaradıcılıq Fondu Quran motivləri əsasında yazılmış hekayələrdən ibarət kitab nəşr edib və  kitabda 50-dən çox hekayə toplanıb.

 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural ənənələrindən danışıb, müsabiqənin keçirilməsini din və ədəbiyyat dəyərlərinin ortaq nöqtəsi kimi yüksək qiymətləndirib. Komitə sədri İslam dəyərlərinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.

 

Daha sonra müsabiqənin qalibləri elan olunub. Birinci yerə Mirmehdi Ağaoğlunun, ikinci yerə Elçin Aslangilin, üçüncü yerə isə Günel Eyvazlının hekayəsi layiq görülüb.

 

Qeyd edək ki, M. Ağaoğlu "APA Holding"ə daxil olan Kulis.az ədəbiyyat dərgisinin əməkdaşıdır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ