“AYBkitab” layihəsinin 2 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib

aybkitab layihesinin 2 illik fealiyyeti ile bagli tedbir kecirilib

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində “AYBkitab” layihəsinin fəaliyyətə başlamasının iki illiyi ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, birliyin mətbuat katibi, layihənin rəhbəri Xəyal Rza bildirib ki, iki il müddətində layihə çərçivəsində 40-dan artıq kitab çap olunub: “Əsas məqsəd müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir.  Yeni kitabların çapı və istedadlı gənclərə dəstək bundan sonra da davam edəcək”.

 

Tədbirdə “Araz” marketlər şəbəkəsi ilə “AYBkitab” arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, layihə çərçivəsində çap ediən kitabların şəbəkəyə daxil olan 40 marketdə xüsusi stendlər vasitəsilə satışı təşkil olunacaq. 

 

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid kitab layihəsinin əhəmiyyətindən danışıb, qeyd edib ki, imzalanan müqavilə kitab satışına, ədəbiyyatın təbliğinə müsbət təsir edəcək. Yazıçı Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçı Varis və başqaları kitab layihəsindən, imzalanan müqavilənin kitab satışına müsbət təsir göstərəcəyindən danışıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ