Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edəcək. APA-nın məlumatına görə, 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq.

 

Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.

 

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

 

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər. 

 

Tamaşa 1937-ci ildə bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir.

 

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması istiqamətində addımlar atmaqdır.

 

 

 

 

 

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbilisinin meshur restoranlarindan birinde yangin bas verib yenilenib
    Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib ...
  • beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib
    Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yek...
beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Aprel, 2018

USD
1.7
 
EUR
2.1043
 
RR
0.028