Akademik Milli Dram Teatrında "Bir, iki - bizimki” tamaşası təqdim olunacaq

akademik milli dram teatrinda bir iki bizimki tamasasi teqdim olunacaq

Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki - bizimki!” tamaşası təqdim olunacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa mayın 19-da saat 15:00-da nümayiş etdiriləcək.

 

Səhnə əsərinin quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.

 

Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər.

 

Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

 

Beş şəkildən ibarət əsəri Kamal Abdulla “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” şəklində təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ