Akademik Milli Dram Teatrında Hamlet Xanızadənin anım tədbiri keçirilib

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. 

 

Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətov Hamlet Xanızadəni böyük sənətkar, səmimi, qayğıkeş insan kimi dəyərləndirib: “Hamlet Xanızadə böyük istedada malik sənətkar idi. O, Akademik Milli Dram Teatrının səhnəsində bir çox yaddaqalan, teatr tariximizə yazılan obrazlar yaradıb. Mən xoşbəxtəm ki, Hamlet müəllimlə birgə eyni tamaşa üzərində çalışmışam. Hamlet Xanızadənin xatirəsi hər zaman yaşayacaq, yad olunacaq”.

 

Xalq artistləri Firəngiz Mütəllimova, Ramiz Məlik, Ramiz Həsənoğlu, Rafiq Əzimov, xalq şairi Nəriman Həsənzadə Hamlet Xanızadə ilə bağlı xatirələrini bölüşüb, onu böyük səhnə xadimi, qayğıkeş insan kimi xatırlayıblar.

 

Tədbirdə görkəmli sənətkarın çəkildiyi filmlərdən, teatr səhnəsində yaratdığı rollardan ibarət video çarx nümayiş olunub, Dövlət Teatr Muzeyinin arxivində saxlanılan fotolardan ibarət sərgi təqdim olunub, xalq artisti Ramiz Məlik “İblis” tamaşasından lent yazısının köməkliyi ilə Hamlet Xanızadə ilə dialoqunu canlandırıb. 

 

Hamlet Xanızadənin qızı Aygün Xanızadə anım tədbirinin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

 

Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, aparıcıları əməkdar artist Sabir Məmmədov və aktyor Elçin Əfəndidir. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ