Milli Dram Teatrında Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. 

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemət Lütfi Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki, Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb: “Lütfi Məmmədbəyov Azərbaycan teatrını, bizim kinomuzu və ümumən mədəniyyətimizi sevən bir insan idi. Onun tələbələri, yetirmələri bu gün Azərbaycan teatrının və kinosunun əsas simalarıdırlar. Lütfi müəllimin Xalq Teatrındakı fəaliyyəti, Akademik Milli Dram Teatrında hazırladığı səhnə əsərləri hər zaman böyük hörmət və ehtiramla xatırlanıb. Nə qədər ki Azərbaycan mədəniyyəti var, Lütfü müəllimin adı və imzası hər zaman yaşayacaq, xoş hisslərlə yad olunacaq”.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə Lütfi Məmmədbəyov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun insani keyfiyyətləri, sənətkar kimi quruluş verdiyi tamaşalar və televiziya filmləri barədə danışıb: “Lütfi müəllimin  insani keyfiyyətləri o qədər yüksək idi ki, hətta gücü çatmayacağı işlərdən ötrü qapıları döyməyi bacarırdı. Lütfi Məmmədbəyovun yaratdığı Xalq teatrı qədər Azərbaycan mədəniyyətinə, xüsusən, teatr sənətinə görkəmli sənət xadimləri bəxş edən ikinci xalq teatrı olmayıb. Onun yetirmələri sonralar böyük uğurlar qazandılar və Azərbaycan teatr sənətinin simalarına çevrildilər”.

 

Sonra aktyorun sənət dostları – xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. L. Məmmədbəyovun tələbəsi, müğənni Samirə Allahverdi musiqi nömrəsi ilə çıxış edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ