Azər Zeynalov Belarus Opera və Balet Teatrında çıxış edəcək

azer zeynalov belarus opera ve balet teatrinda cixis edecek

Opera və Balet Teatrının solisti, xalq artisti Azər Zeynalov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında çıxış edəcək. Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Zeynalov fevralın 18-də italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanio partiyasını ifa edəcək.

 

Mətbuat xidmətindən bildiriblər ki, son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları Azərbaycanda qonaq olur və teatrın səhnəsində müxtəlif klassik opera və balet tamaşalarında çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.

 

Qeyd edək ki, A.Zeynalov 20 ildən artıqdır ki, Azərbaycan Opera və Balet teatrının səhnəsində çıxış edir. O, milli və klassik opera tamaşalarında bir çox obrazlar (Balaş, Əsgər, Məşədi İbad, Xasay bəy, Alfred, Kanio, Kavaradossi və s.) yaradıb. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:14 24 Avqust
09:05 24 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub
    Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil olun...
  • azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler
    Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğı...
azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0075
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ