Azərbaycan filmləri Hindistanda nümayiş olunacaq

azerbaycan filmleri hindistanda numayis olunacaq

Azərbaycanın “Onun atası” qısametrajlı bədii filmi və “Sarılar – Qarabağ atının izilə” sənədli filmi Hindistanın 6-cı Kəlküttə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb. APA-nın məlumatına görə, 33 ölkədən 200 filmin iştirak edəcəyi festival dekabrın 31-dək Kəlkətədə davam edəcək.

 

“Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

 

Filmin beynəlxalq premyerası İtaliyanın 17-ci Asiatica, Encounters with Asian Cinema Film Festivalında baş tutub. Film həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.

 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

 

“Sarılar - Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan”ın dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.

 

 

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ