Azərbaycan filmləri Sofiyada nümayiş olunub

azerbaycan filmleri sofiyada numayis olunub

“Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”,  “Yuxarıda və aşağıda”,  “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivalında nümayişləri keçirilib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Sofiya şəhərində təşkil olunan festivalda filmlərimiz “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.

 

Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub. Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər. Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edib.

 

Azərbaycan filmlərinin ilk dəfə iştirak etdiyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddialı audiovizual əsərləri ilə tanış edir. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.

 

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ