“Azərbaycan muğamı miniatürlərdə” adlı kitabın təqdimatı olub

 

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə” başlığı altında təqdimat mərasimi keçirilib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri açan MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü belə təqdimatların artıq ənənə halı aldığını və elmi ictimaiyyətin  böyük marağına səbəb olduğunu bildirib.

M.Göyüşlü AMEA  M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, qocaman rəssam Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” adlı kitabının milli musiqimizin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova “Azərbaycan muğamı miniatürlərdə” kitabını elektron lövhədə təqdim edib.

Kitabın müəllifi, tanınmış rəssam Fəxrəddin Əli kitabın ərsəyə gəlməsindən, muğamın keçdiyi uzun tarixi yoldan danışıb. O, Azərbaycan muğamlarının islam mədəniyyətinin məhsulu olması fikrini təkzib edərək, onların kökünün daha dərinlərə - Babil-şumer mədəniyyətinə gedib çıxdığını vurğulayıb.

Rəssam kitabın çapına AMEA rəhbərliyinin, xüsusilə akademiyanın prezidenti, akademik Akif Əlizadənin xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

 

F.Əli Şəhriyar, Xaqani, Əliağa Vahidlə bağlı kitablarını da MEK-ə hədiyyə edəcəyini qeyd edib. O, hazırda Nizami Gəncəvi haqqında kitab üzərində işlədiyini və artıq əsərin xeyli hissəsini tamamladığını bildirib.

 

Türkiyənin Qars Universitetinin professoru, kitabın məsul redaktoru Rafiq İmrani çıxışında kitabı çap etməkdə məqsədin muğamı sadə və görünən formada insanlara çatdırmaq olduğunu qeyd edib.

R. İmrani hazırda “Türk dünyası aşıq sənəti ensiklopediyası” və iki cildlik “Muğam ensiklopediyası” üzərində çalışdığını, onları bitirdikdən sonra MEK-ə hədiyyə edəcəyini deyib.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK-də Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd edib. MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verən direktor deyib ki, məqsəd Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ