Ənvər Əblucun 70 illik yubileyi qeyd olunub

enver eblucun 70 illik yubileyi qeyd olunub

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əməkdar artist Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, tədbirdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova və başqaları Ənvər Əblucun yaradıcılığı haqqında fikirlərini bölüşüb, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıblar.

 

Qeyd olunub ki, Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı filmə quruluş verib. Onun “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir neçə süjetinin, “Körpü” sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir.

 

Ənvər Əblucun səsləndirdiyi “Tehran - 43”, “Şeytan göz qabağında”, “Sibiriada”, “Firəngiz” və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
  • mingecevirde bazarin yaxinliginda partlamamis top mermisi tapilib
    Mingəçevirdə bazarın yaxınlığında partlamamış top mərmisi ta...
mingecevirde bazarin yaxinliginda partlamamis top mermisi tapilib mingecevirde bazarin yaxinliginda partlamamis top mermisi tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ