“Azərbaycanfilm” kinostudiyasında Ramiz Rövşənin 70 illiyi qeyd olunub

azerbaycanfilm kinostudiyasinda ramiz rovsenin 70 illiyi qeyd olunub

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şair Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşənin ədəbi və kino fəaliyyəti haqqında danışıb, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.  

 

Qeyd olunub ki, Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, “Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb.

 

Həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş “Babamızın babasının babası”, “Süd dişinin ağrısı”, “ Şəhərli biçinçilər, “İşarəni dənizdən gözləyin”, “Özgə vaxt”, “Məkanın melodiyası” kimi bədii filmlər, “Mozalan” satirik kinojurnalı üçün yazılmış “Şəbih”, “Söyüdlünün su dərdi”, “Özbaşınalıq”, “Haram tikə” və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, insanları düşündürməsi ilə fərqlənir.

 

Çıxışı edənlər bildiriblər ki, R. Rövşən kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ