Bəstəkarlar İttifaqı Arif Məlikovun ittihamlarına cavab verib

bestekarlar ittifaqi arif melikovun ittihamlarina cavab verib

Azərbaycan Bəstəkarlar İttifaqı xalq artisti Arif Məlikovun ittifaqın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

 

Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Musiqi dünyası” jurnalında İttifaqın fəaliyyəti ilə bağlı ildə iki dəfə hesabatı dərc olunur: “Arif Məlikov görkəmli bəstəkarımızdır, bizim ittifaqın hörmətli üzvüdür, SSRİ xalq artistidir. Onun ittifaq haqqında səsləndirdiyi fikirlərə təəssüf edirik. Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxaq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir”.

 

Qurumdan deyilib ki, Azərbaycan Bəstəkarlar İttifaqında 2007-ci ildən bu günədək hər il bəstəkar və ya musiqişünasların yubileyləri, müəllif konsertləri, yeni-yeni kitabların təqdimatları, yaradıcılıq axşamları, həmçinin xatirə gecələri keçirilir: "Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi bütün işlər barədə dövrü mətbuat vasitələrində kifayət qədər məlumatlar, məqalələr dərc olunur, o cümlədən telekanallarda süjetlər və verilişlər efirə gedir.

 

Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxaq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir. O cümlədən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının rəsmi tərəfdaşlarından biri də Azərbaycan Bəstəkarlar İttifaqıdır və İttifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadə bu festivalın bədii rəhbəridir.

 

Bundan başqa, Azərbaycan Bəstəkarlar İttifaqı neçə illərdir yüksək səviyyədə Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalını keçirir və bu festivalda dünyanin müxtəlif ölkələrindən gələn məşhur musiqi kollektivləri ilə yanaşı ölkəmizdəki etnik qrupların ansambllarının iştirakını təmin edir.

 

Qeyd edək ki, xalq artisti Arif Məlikov APA-ya müsahibəsində Bəstəkarları İttifaqını fəaliyyətsizlikdə ittiham etmişdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ