Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında baş tutan tədbirdə nazir Əbülfəs Qarayev bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün keçirilməsi Azərbaycanda ənənəyə çevrilib.

 

“Bu tədbirin keçirilməsinin miqyası ildən-ilə genişlənir. Bu da onu göstərir ki, BMT tərəfindən elan olunmuş bu günlərə Azərbaycanda həssaslıqla yanaşılır. Azərbaycanda tarixi abidələr və mədəni irs ən yüksək səviyyədə qorunur. Azərbaycan xalqı hər zaman memarlıq nümunələri ilə seçilib. Bütün millətlər və dinlərə məxsus tarixi abidələr üzərində dövlətin nəzarəti mövcuddur”.

 

Mərasimdə ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi məqsədi ilə təsis edilmiş “Milli İrs” mükafatı bu sahədə fərqlənmiş şəxslərə təqdim edilib.

 

Mükafat Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Səfər Aşurova, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Rahibə Əliyevaya və “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevə təqdim olunub.

 

Tədbirdə tarix və mədəniyyət abidələrinə həsr olunmuş neftlə işlənən rəsm əsərlərinin sərgisi də təşkil edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ