Dövlət Kukla Teatrı Türkiyədə festivalda təmsil olunacaq

dovlet kukla teatri turkiyede festivalda temsil olunacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 18-19 oktyabr tarixlərində Adanada keçiriləcək IV Şəhər Teatrları Görüşü Festivalında ölkəmizi təmsil edəcək. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət festivalda “Zəng” mono-tamaşası ilə çıxış edəcək.

 

Adana Şəhər Teatrları İdarəsi tərəfindən təşkil ediləcək festivalın əsas məqsədi müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə nail olmaqdır.

 

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri ailədə valideynlərə olan münasibətdən bəhs edir.

 

16 oktyabr 1 noyabr tarixlərini əhatə edən festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Kiprin 18 teatrı müxtəlif janrlarda 18 tamaşa ilə çıxış edəcəklər.

 

Qeyd edək ki, festival iki ildən bir keçirilir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285