“Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində Bernin Bellevue Palace mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodyüseri olduğu “Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib.

 

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində nəşr edilən və 30-dan artıq xarici dilə tərcümə edilən eyni adlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

 

Səfir Əkrəm Zeynallı bu filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodyüserliyi, Oskar mükafatı laureatı Asif Kapadiyanın rejissorluğu ilə çəkildiyini qeyd edib, onun ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə göstərdiyini bildirib.

 

Filmin nümayişindən sonra Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi adından qonaqlara rəsmi ziyafət verilib. Ziyafət çərçivəsində Novruz bayramı ərəfəsi adət ənənələrinə uyğun olaraq, Novruz süfrəsi, o cümlədən Azərbaycanın mədəniyyətinin xüsusiyyətlərini əks etdirən guşə iştirakçılara təqdim edilib.

 

İsveçrənin dövlət və hökumət nümayəndələrinin, deputatların, diplomatik korpusun üzvlərinin və şirkət nümayəndələrinin, o cümlədən diaspora üzvlərinin iştirak etdiyi bu mədəniyyət tədbiri qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ