Mədəniyyət və incəsənət xadimləri Tofiq Quliyevin məzarını ziyarət ediblər

Mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin məzarını ziyarət ediblər.

 

APA-nın məlumatına görə, anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb.

 

O bildirib ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır.

 

Ə. Vəliyev görkəmli sənətkarla davamlı ünsiyyətdə olduğunu bildirib: “Həyat elə gətirib ki, həm Rus Dram Teatrına, həm də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etdiyim dövrdə, sonra isə nazirlikdə işlədiyim zaman Tofiq müəllimlə mütəmadi ünsiyyətdə olmuşam. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışırdı. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib. Hələ sovet dövründə bəstəkar əməkdar incəsənət xadimi, sonrakı illərdə isə Azərbaycanın xalq artisti adına layiq görülüb. SSRİ Ali Sovetinin deputatı, müstəqillik dövründə isə parlamentin deputatı olub. Dəfələrlə təltiflərə layiq görülən sənətkarın yaradıcılığına verilən ən ali qiymət Heydər Əliyevin bəstəkara xəstəxanada olarkən təqdim etdiyi “İstiqlal” ordenidir. Bu gün bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Adına musiqi məktəbi, küçə, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyev bəstəkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Tofiq Quliyev dövrünün ən böyük ifaçı və şairləri ilə çalışıb, öz musiqisi ilə əbədiyaşarlıq qazanıb”.

 

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Tofiq Quliyev 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb.

 

Tədbirin sonunda bəstəkarın oğlu, xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291