Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq

firengiz elizadenin intizar operasi numayis olunacaq

Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa bəstəkarın yubileyinə həsr olunub. 

 

Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

 

Tamaşa Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir. Əsas rolları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
  • prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib
    Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışın...
prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ