Gənc Tamaşaçılar Teatrının kollektivi Firəngiz Şərifovanın məzarını ziyarət edib

genc tamasacilar teatrinin kollektivi firengiz serifovanin mezarini ziyaret edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, xalq artisti Firəngiz Şərifovanın anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda olub.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.

 

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.

 

Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan Teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub.

 

1941-ci ildə yaxın ailə dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib.

 

Aktrisa 1965-ci ildən 2011-ci ilədək Gənc Tamaşaçılar Teatrına çalışıb.

 

F. Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ