Gəncə şəhərinin baş rəssamı Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının üzvü, Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib.

 

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra heykəltəraş Şərif Şərifovun əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Şərif Şərifovun yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.

 

Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lideri Heydər Əliyevin və o cümlədən Nəriman Nərimanovun Gəncədəki abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medal mükafatına layiq görülmüş Şərif Şərifovu təbrik edib.

 

Heykəltəraşın əl işlərindən danışan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, Tahir Salahovla bütün Azərbaycan qürur duyduğu kimi Şərif Şərifov da xalqın sevgisini qazanıb. Elmar Vəliyev Şərif Şərifova Fəxri Fərman təqdim edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Gəncə Regional Kollecinin direktoru Fəxrəddin Zeynalov, Gəncə Musiqi Kollecinin direktor əvəzi Ruziyyə Rəhimova, Tibb kollecinin direktoru Mehman Rzayev, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, 5 saylı orta məktəbin şagirdləri və müdiri Bəhrəm İmranoğlu, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının Gəncə şəhər təşkilatının sədri Qalib Bağırov, Gəncə Dövlət Dram Teatrının əməkdaşları Şərif Şərifovu əldə etdiyi uğura görə təbrik edərək daha böyük nailiyyətlər arzu ediblər.

 

Şərif Şərifov Prezident İlham Əliyeva, Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək qeyd edib ki, əgər ölkədə incəsənətə diqqət və qayğı olmasaydı o, öz sənətini bu qədər inkişaf etdirə bilməzdi.

 

Yaradıcılıq gecəsinin bədii hissəsi Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında möhtəşəm nəğmələr ilə davam edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ