“İçəri Şəhər” filmi Hindistanın Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb

iceri seher filmi hindistanin kozhikode beynelxalq film festivalina devet alib

“İçəri Şəhər” bədii filmi Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, 10-16 fevralda Kerala ştatının Kozhikode şəhərində keçiriləcək festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina ölkələrinin istehsalı olan  filmlər nümayiş etdiriləcək.

 

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. 

 

Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. 

 

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini sirke tursusundan zeherlenib
    Goranboy sakini sirkə turşusundan zəhərlənib
  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
denizde batan iki gencin meyiti tapilib denizde batan iki gencin meyiti tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ