Kinoşünas Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çap olunub

kinosunas aydin dadasovun muasir azerbaycan kinosu monoqrafiyasi cap olunub

Tanınmış kinoşünas, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb.

 

“TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılıb.

 

“TEAS Press”dən APA-ya verilən məlumata görə, XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir. 

 

Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Gül­lə­lən­mə tə­xi­rə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yax­şı­lı­ğa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə nümunəsi əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.

 

AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının 1 iyul, 2016-cı il tarixli, 4 saylı qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə və filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir.

 

 

Məlumatda bildirilib ki, Aydın Dadaşov kitab çap üçün mətbəəyə daxil olandan bir neçə gün əvvəl dünyasını dəyişib. Qeyd olunub ki, bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordudur: “Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünaslarına, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar”.

 

 

Xatırladaq ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov martın 15-də ürək çatışmazlığından vəfat edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ