İTV-nin keçmiş aparıcısı vəfat edib

itv nin kecmis aparicisi vefat edib

Mərdəkan Mədəniyyət Mərkəzinin bədii rəhbəri və direktor müavini Kamran İsrafilov vəfat edib.

 

Bu barədə APA-ya Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib. K. İsrafilov fevralın 12-də səhər saatlarında beyninə qan sızma (insult) nəticəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, 39 yaşlı  K. İsrafilov bir müddət İctimai Televiziyada uşaqlar üçün verilişin aparıcısı olub. Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

 

O, "Əbədi ezamiyyət" sənədli filmində Əlimərdan bəy Topçubaşov obrazını da canlandırıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301