“Molla Pənah Vaqif” kitabı nəşr olunub

molla penah vaqif kitabi nesr olunub

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitab Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar çap olunub. Yeni nəşrdə Molla Pənah Vaqifin yaradıcılığı geniş aspektdə təhlil edilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” Nəşriyyat Evində çap olunub.

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində kitabın geniş təqdimatı keçiriləcək. Şöbədən bildiriblər ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ