Rusiyanın “Satirikon” teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək

rusiyanin satirikon teatri bakida qastrol tamasasi ile cixis edecek

Dekabrın 22-23-də Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış edəcək.

 

APA-nın məlumatına görə, dekabrın 22-də “Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşası təqdim ediləcək.

 

Bu monotamaşada Rusiyanın xalq artisti Konstantin Raykin David Samoylov, Nikolay Zabolotskov, Nikolay Rubtsov, Osip Mandelştam, Lope de Veqa, Aleksandr Puşkin kimi şairlərin şeirlərini oxuyacaq və şərh edəcək.

 

Monotamaşa iki saat fasiləsiz davam edir.

 

Dekabrın 23-də isə “Konstantin Raykin. Öz səsi ilə” monotamaşası ilə yanaşı J.B.Molyerin eyniadlı pyesi əsasında hazırlanmış “Zorən təbib” birpərdəli tamaşası da nümayiş etdiriləcək. Konstantin Noviçkov, İlya Roqov, Yelena Qolyakova, Rozaliya Kayumova, Ulyana Lisitsina, Yaroslav Medvedyev və Daniil Puqayevin iştirak etdiyi tamaşanın quruluşçu rejissoru Konstantin Raykin, səhnə quruluşunun müəllifi Boris Valuyev, geyim rəssamı Mariya Danilovadır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 11 Dekabr
19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • diplomatlar beynelxalq teskilatlarin numayendeleri ve kiv temsilcilerinin tertere seferi baslayib yenilenib
    Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV t...
  • dtx nin emekdasi dunya cempionu olub
    DTX-nin əməkdaşı dünya çempionu olub
dtx nin emekdasi dunya cempionu olub dtx nin emekdasi dunya cempionu olub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287