Səmərqənddə azərbaycanlı heykəltəraşın xatirə lövhəsinin açılışı olacaq

semerqendde azerbaycanli heykelterasin xatire lovhesinin acilisi olacaq

Azərbaycanlı heykəltəraş Eynulla Əliyevin Səmərqənddə yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulacaq.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xatirə lövhəsi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan diaspor təşkilatı olan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

 

E. Əliyev 1969-1986-cı illərdə Özbəkistanın Səmərqənd Vilayət Rəssamlıq Akademiyasının sədri vəzifəsində çalışıb. O, Özbəkistanda Xamzı Hakimzadə Niyazi Dövlət mükafatı laureatı olub. E. Əliyev tanınmış özbək şairi Əlişer Nəvainin 550 illik yubileyi münasibəti ilə Daşkənddə ucaldılmış heykəlinin müəllifidir, habelə Özbəkistanın Katta Kurqan şəhəri, Səmərqənd vilayətinin Akdarı və Payarı rayonlarındakı Nəvai heykəllərinin müəllifidir.

 

Onun əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyində, Moskvadakı Tretyakov Qalereyasında saxlanılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini sirke tursusundan zeherlenib
    Goranboy sakini sirkə turşusundan zəhərlənib
  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
denizde batan iki gencin meyiti tapilib denizde batan iki gencin meyiti tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ