Türkiyədə Rəis Rəsulzadənin sərgisi keçirilib

Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın əməkdar rəssamı Rəis Rəsulzadənin rəsm sərgisi keçirilib.

 

Tarixçi alim, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublunun APA-ya verdiyi məlumata görə, sərginin əsas təşkilatçısı “Yerli düşüncə” dərnəyi olub. Dərnəyin başqanı, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğan, fəxri başqanı Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçudur.

 

Ankarada Mustafa Ayaz Fondu sərgi salonunda keçirilən “Bir dünya rəssamı Rəis Rəsulzadə” adlı  sərginin açılışında Türkiyənin dövlət rəsmiləri, sənətçilər, Türkiyə mediasının təmsilçiləri, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, millət vəkili Mətin Gündoğan, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublu və digərləri iştirak ediblər.

 

Yalçın Topçu sərginin açıq elan edib və iştirakçılara rəssam haqqında məlumat verib.

 

Sərginin açılışından sonra Ankaradakı “Əsri “ məzarıstanlığında M.Ə.Rəsulzadənin qəbri  ziyarət edilib.

 

Beş günə qədər davam edən sərgidə Rəis Rəsulzadənin “Günəşli gün”, “Yasəmən”, ”Köhnə Bakı”, “Kənddə”, ”Kür balıqçısı” və s. əsərlərinə baxış keçirilib.

 

Sərgi çərçivəsində Rəis Rəsulzadənin və Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına həsr edilmiş konfrans keçirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ