"Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub

yol ehvalati kinokomediyasi ozbek diline dublyaj olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın "Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, özbək dilinə dublyaj olunmuş "Yoldagi hangoma" filminin ssenarisi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə özbək tərcüməçi Rüstəm Cabbarov tərəfindən Azərbaycan dilindən özbəkcəyə tərcümə edilib. Kinokomediyanın dublyajını Daşkənddəki "Ramsel-film" studiyası həyata keçirib.

 

Dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri iştirak ediblər.

 

Qeyd edək ki, Sovet dövründə "Arşın mal alan", "O olmasın, bu olsun", "Qayınana", "Əhməd haradadır", "Nəsimi" bədii filmləri Özbək dilinə dublyaj olunub və hazırda da  Özbəkistanda televiziya kanallarında nümayiş etdirilir. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini sirke tursusundan zeherlenib
    Goranboy sakini sirkə turşusundan zəhərlənib
  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
denizde batan iki gencin meyiti tapilib denizde batan iki gencin meyiti tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ