Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası ilə yeni mövsümün açılışı olub

Bakı. Fərid Mirzəyev – APA. Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası ilə yeni mövsümün açılışı olub.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mövsümün açılışına həsr olunan tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemət bildirib ki, tamaşaçılara həm dünya klassikası, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq.

 

“Akademik Milli Dram Teatrının kollektivi uğurla yeni əsərlər üzərində çalışır. Yeni mövsümdə maraqlı tamaşalarla sizin qarşınızda olacağıq. Kollektivimiz Şəki Beynəlxalq Teatr Festivalında “Ölülər” tamaşasını uğurla nümayiş etdirib, bu gün teatrımızda yeni səhnə əsərləri üçün hazırlıqlar görülür”, - deyə o vurğulayıb.

 

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

 

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova və Günel İmanova ifa edirlər.

 

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bsu rektoru beynelxalq mukafata layiq gorulub
    BSU rektoru beynəlxalq mükafata layiq görülüb
  • allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir
    Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən...
allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ