Anar Kərimov: "Azərbaycan İpək Yolunun tam mərkəzində yerləşir"

anar kerimov azerbaycan ipek yolunun tam merkezinde yerlesir

"Azərbaycanın sivilizasiyaların qovuşmasında yerləşməsi, ölkədə minilliklərdən qalan dözümlülük, müxtəliflik dəyərlərinin yetişməsinə yol açıb".  

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "UNESCO İpək Yolu onlayn platforması üzrə beynəlxalq şəbəkənin 3-cü görüşü"ndə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan İpək Yolunun tam mərkəzində yerləşir: "Ona görə də Azərbaycan diqqət və ehtiyatla bütün bu təşəbbüslərə dəstək verir. Ölkəmiz bir sıra etnik-dini icmalar üçün ortaq məkandır. Bizim ölkə müxtəlif mədəniyyətlər üçün körpü rolunu oynayır. Bu dəyərləri qorumaq lazımdır və bunun üçün sağlam siyasət tələb olunur. Azərbaycan hökuməti hər zaman çalışır ki, bu ənənələri qorusun və gələcək nəsillərə çatdırsın. Bakı şəhərində və bölgələrdə şərq memarlıq üslublarını görürük. Bunlar Azərbaycanın minillik tarixi mirasına dəlalət edir və İpək Yolu ilə bağlılığını göstərir. Bakı UNESCO və digər təşkilatlarının İpək Yolu ilə bağlı təşəbbüslərinə dəstək verməyə hazırdır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ