Azərbaycan V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda təmsil olunur

azerbaycan v sankt peterburq beynelxalq medeniyyet forumunda temsil olunur

Azərbaycan V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda təmsil olunur.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı forumda nazirin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.  Dekabrın 1-də görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş forumun rəsmi açılış mərasimi keçirilib.

 

Dekabrın 3-dək davam edəcək forum çərçivəsində plenar iclaslar, dəyirmi masalar və kino, teatr, musiqi, rəqs, kütləvi kommunikasiya kimi istiqamətlər üzrə master-klaslar keçirilməsi planlaşdırılır. Mədəni proqram çərçivəsində forum iştirakçılarının Ermitaj və Rus muzeyləri, Mariinski və Mixaylovski teatrları, Boris Eyfmanın Balet Teatrı ilə tanışlıq, S.Prokofyevin 125 illiyinə həsr olunmuş qala-konsert və digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, forumun ikinci günü Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında  2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Müqavilə imzalanması nəzərdə tutulur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ