Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb

azerbaycan ve rusiya arasinda medeniyyet sahesinde emekdasliga dair muqavile imzalanib

V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində Azərbaycan və Rusiya arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müqaviləyə V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində nazirin birinci müavini Vaqif Əliyev və Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Alla Manilova  imza atıb.

 

Müqavilədə xalq yaradıcılığı sahəsində əməkdaşlığın inkişafı, kitabxana və muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, kinematoqrafiya sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, musiqi və sirk kollektivləri, ayrı-ayrı ifaçılar və musiqi sənəti sahəsində mütəxəssislərin mübadiləsi, mədəniyyət və incəsənət üzrə ali və orta təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sahdag milli parkinda yangin bas verib sondurme isleri davam edir
    Şahdağ Milli Parkında yanğın baş verib, söndürmə işləri dava...
  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
erdogan almaniya xin rehberini keskin tenqid edib erdogan almaniya xin rehberini keskin tenqid edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ