Bakıda  beynəlxalq Milli  rəqs və musiqi festivalı keçiriləcək

bakida beynelxalq milli reqs ve musiqi festivali kecirilecek

Martın 21-də saat 15:00-da  “Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  8 ölkənin iştirakı ilə Milli  rəqs və musiqi  festivalı keçiriləcək.

 

Milli  rəqs və musiqi  festivalı Təşkilat komitəsindən APA-ya verilən məlumata, beynəlxalq festivalda Azərbaycan, Rusiya, Türkiyə, Iran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edəcəklər.

 

İştirakçı qruplar təmsil etdikləri ölkələrin Milli xalq musiqilərini və rəqslərini təqdim edəcəklər.  “Milli  rəqs və musiqi”  festivalının  təşkil olunmasında əsas məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş  rəqs qrupları arasında  dostluğu gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.

 

Xatırladaq ki, Novruz bayramı YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

 

Qeyd edək ki, bu sayca  təşkil olunan 3-cü Milli  rəqs və musiqi festivalıdır. Festivalda dünyanın 8 ölkəsindən 250 yaxın iştirakçı nəzərdə tutulub. Sonda  iştirakçı qruplara  Bakı şəhərinə aid maraqlı hədiyyələr və diplomlar təqdim olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ