Bakıda İsrail-Azərbaycan musiqiçilərinin konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində İsrail-Azərbaycan musiqiçilərinin konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun təmsilçiləri, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Konsert proqramının təqdimatından əvvəl İsrailə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkənin musiqiçilərinin iştirakı ilə “dostluq və sülh naminə” şüarı altında keçirilən konserti vacib mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Ümid edirəm ki, konsert tamaşaçıların yaddaşında dərin izlər buraxacaq. Musiqi insanlar arasında olan ünsiyyətin vacib növüdür. Musiqi həyatımızda çox vacib rol oynayır. Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi sizə gözəl istirahət bəxş edəcək. Onun İsrail musiqisinə yarım əsrlik töhfəsini bu cür ifadə etmək olar: İsrailin musiqisi Şem Tev Levin olmadan mümkün ola bilməz. Konsertin təşkilatçılığına görə Beynıxalq Muğam Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm”.

 

Konsert proqramında “Əsmərim”, “Sən gəlməz oldun”, “Gəl maralım”, “Atəşim var, külüm yox” kimi Azərbaycan mahnıları ifa olunub.

 

Xanəndə Hüseyn Məlikovu tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Soltan Əliyev müşayiət edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ